İsveçrə 2023-cü ilin yanvar-may aylarında Azərbaycana 44,6 ton əczaçılıq məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 62,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Avropa İttifaqının Statistika İdarəsindən (Avrostat) məlumat verilib.
İsveçrədən Azərbaycana əczaçılıq məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 5,6% artaraq 16,388 milyon avro təşkil edib.
Statistik məlumatlara görə, İsveçrə yanvar ayında Azərbaycana 1,449 milyon avro dəyərində 12,9 ton, fevralda 10,198 milyon avro dəyərində 6,3 ton, martda 2,109 milyon avro dəyərində 11,3 ton, apreldə 2,389 milyon avro dəyərində 13,2 ton, mayda isə 0,243 milyon avro dəyərində 0,9 ton əczaçılıq məhsulları ixrac edib.
2022-ci ildə İsveçrə Azərbaycana 35,730 milyon avro dəyərində (2021-ci illə müqayisədə artım 5 dəfə) 67,2 ton əczaçılıq məhsulları (2021-ci illə müqayisədə artım 34,1%) ixrac edib.*
R.Kərimov