Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 8-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Avqustun 8-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8686 manat/1EUR səviyyəsində (avqustun 7-nə 1.8692 manat/1EUR) müəyyən edilib.
AMB avqustun 8-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0178 manat/1RUB səviyyəsində (avqustun 7-nə 00.0177 manat/1RUB) müəyyən edib.
Avqustun 8-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0629 manat/1TRY səviyyəsində (avqustun 7-nə 0.063 manat/1TRY) müəyyən edilib.*
X.Nəsirzadə