2023-cü ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə 11 milyard 231,2 milyon manat vergi daxil olub, artım 22,9% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DVX-dən məlumat verilib.
“2023-cü ilin yanvar-iyul ayları ərzində DVX-nin xətti ilə dövlət büdcəsinə 11 milyard 231,2 milyon manat vergi daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 22,9% və ya 2,1 milyard manat artıb. Qeyri-neft-qaz sektorundan daxilolmalar 6,2 milyard manat təşkil edib. 2022-ci ilin eyni dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 19% və ya 984,1 milyon manat artıb”, - deyə məlumatda bildirilir.
Ödənilən vergilərin 45,1%-i neft-qaz sektorunun, 54,9%-i qeyri-neft-qaz sektorunun payına düşüb.
2023-cü il üçün DVX-nin xətti ilə dövlət büdcəsinə daxilolmalar 14 milyard 932 milyon manat məbləğində nəzərdə tutulub.*
R.Əhmədov