Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 9-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Avqustun 9-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8663 manat/1EUR səviyyəsində (avqustun 8-nə 1.8686 manat/1EUR) müəyyən edilib.
AMB avqustun 9-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0176 manat/1RUB səviyyəsində (avqustun 8-nə 0.0178 manat/1RUB) müəyyən edib.
Avqustun 9-na manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0627 manat/1TRY səviyyəsində (avqustun 8-nə 0.0629 manat/1TRY) müəyyən edilib.*
R.Kərimov