ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsi (EIA) 2023-2024-cü illərdə Azərbaycanda gündəlik maye karbohidrogen hasilatı üzrə proqnozu dəyişməyib. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə EIA-in aylıq proqnozunda bildirilir.
İdarənin proqnozlarına görə, 2023-cü ildə Azərbaycanda gündəlik maye karbohidrogen hasilatı 0,64 milyon barel təşkil edəcək. I rübdə gündəlik hasilat 650 min barel, II rübdə 0,62 milyon barel olub, III rüb üçün proqnoz 0,64 milyon barel (iyul proqnozu 0,64 milyon barel), IV rüb üçün 0,65 milyon barel (iyun proqnozu 0,65 milyon barel) səviyyəsində olacaq.
Proqnozlara görə, 2024-cü ildə Azərbaycanda gündəlik 0,65 milyon barel maye karbohidrogen hasil olunacaq. Gələn ilin I rübündə gündəlik neft hasilatı 0,65 milyon barel, II rübdə 0,65 milyon barel, III rübdə 0,65 milyon barel, IV rübdə 0,66 milyon barel təşkil edəcək.
İdarənin dəqiqləşdirilmiş məlumatına görə, 2022-ci ildə Azərbaycanda gündəlik 0,67 milyon barel maye karbohidrogen hasil edilib.*
N.Abbasova