İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi imtiyazlı qrupa daxil olan xəstələrin təminatı üçün dərman vasitələrinin satın alınmasına 8 milyon manata yaxın vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az portalına istinadən xəbər verir ki, “Zeytun Pharmaceuticals” MMC ilə 7,844 milyon manat məbləğində müvafiq müqavilə bağlanıb.
Müqavilə çərçivəsində işlərin icra müddəti 8 avqust 2023-cü il tarixindən 8 avqust 2024-cü il tarixinədək olan dövrü əhatə edir.*
R.Kərimov