Nazirlər Kabineti Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti Xidmətinin balansında olan avtomobillərin sayının azaldılmasına dair qərar qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Nazirlər Kabinetinin qərarına əsasən, Dövlət Maliyyə Nəzarəti Xidmətinin balansında olan avtomobillərin sayı 18-dən 13-ə, qurumun ərazi və yerli bölmələri üçün avtomobillərin sayı isə 15-dən 10-a endirilib.
Bundan əlavə, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinə ayrılan avtomobillərin sayı 15-dən 26-ya, o cümlədən, ərazi və yerli bölmələr üzrə avtomobillərin sayı 12-dən 23-ə çatdırılıb.*
R.Əhmədov