Nazirlər Kabineti iriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin mühafizə və müşayiət avtomobilləri ilə müşayiət olunmasına və hərəkət marşrutunun müəyyən olunmasına görə xidmət haqqının məbləğini təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Nazirlər Kabinetinin 5 avqust 2023-cü il tarixli qərarına əsasən, iriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin mühafizə və müşayiət avtomobilləri ilə müşayiət olunmasına və hərəkət marşrutunun müəyyən olunmasına görə xidmət haqqının məbləği aşağıdakı kimi müəyyən olunub:
İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin mühafizə avtomobilləri ilə müşayiət olunması (1 kilometr üçün) - 1,49 manat (ƏDV daxil);
İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin müşayiət avtomobilləri ilə müşayiət olunması (1 kilometr üçün) - 1,68 manat (ƏDV daxil);
Hərəkət marşrutunun müəyyən olunması – 30 manat.*
B.Rüstəmbəyov