“Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC 2023-cü ilin birinci yarısında işçilərinin sayını artırıb.
“İnterfaks-Azərbaycan” agentliyi ABB-nin yarımillik hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin iyul ayının əvvəlinə bankda 3295 nəfər (2022-ci ilin sonuna 3096 nəfər) çalışıb. Beləliklə, cari ilin 6 ayı ərzində ABB-nin işçilərinin sayı 6,4% artıb.
Bütövlükdə 2018-2022-ci illərdə ABB-nin işçilərinin sayı 70,3%, 2022-ci ildə 10,6% artıb.
ABB 1992-ci ildə yaradılıb və ölkənin ən iri bankıdır. ABB-nin kapitalında dövlətin payı 96,37%, o cümlədən Maliyyə Nazirliyinin payı 92,56% təşkil edir. Bankın səhmdarları 17 hüquqi və 1780 fiziki şəxsdir.*
X.Nəsirzadə