Avqustun 9-da Azərbaycan ərazisində 4 maqnitudalı zəlzələ olub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Seysmoloqların məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 21:38-də Saatlı rayonu ərazisində qeydə alınıb.
“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 21:38-də Saatlı rayonunda zəlzələ qeydə alınıb”, - deyə məlumatda bildirilir.
Zəlzələ episentrinin koordinatları 39.93 şimal eni, 48.36 şərq uzunluğu, dərinlik 52 km-dir.*
Xəbərlər şöbəsi