Avqust ayının üçüncü ongünlüyündə Ağstafa rayonunda “Rusiya-Azərbaycan Tarla Günü 2023” kənd təsərrüfatı texnikası sərgisi keçiriləcək.
Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, sərgi Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyinin təşkilatçılığı ilə 25-26 avqust tarixlərində keçiriləcək.
Sərgidə Rusiyanın 14 aparıcı kənd təsərrüfatı müəssisəsi ən qabaqcıl kənd təsərrüfatı texnikası və avadanlıqlarını nümayiş etdirəcək. Tədbir çərçivəsində Azərbaycan sahibkarlarına texnikanı sınaqdan keçirmək imkanı yaradılacaq.
AZPROMO-dan bildirilib ki, bu, Azərbaycanda keçirilən ikinci belə sərgidir.*
B.Rüstəmbəyov