2023-cü ildə qeyri-OPEC ölkələrində gündəlik maye karbohidrogen hasilatı ötən illə müqayisədə 1,5 milyon barel artaraq orta hesabla 67,27 milyon barel təşkil edəcək, əvvəlki hesabatda isə artım 1,4 milyon barel səviyyəsində (67,14 milyon barelə qədər) proqnozlaşdırılmşdı. Bu barədə OPEC-in aylıq hesabatında deyilir.
“İnterfaks-Azərbaycan” agentliyi təşkilatın analitiklərinə istinadən bildirir ki, 2023-cü ildə Rusiya üzrə proqnoz gündəlik 100 min barel artırılaraq 10,38 milyon barelə çatdırılıb, 2024-cü il üçün proqnoz dəyişməyb.
2023-cü ildə neft hasilatı artımının hərəkətverici qüvvəsi əsasən ABŞ, Braziliya, Norveç, Qazaxıstan, Qayana və Çin olacaq. Eyni zamanda, ilin qalan dövründə ABŞ-da şist neft hasilatı potensialı və planlaşdırılmamış texniki xidmətlə bağlı qeyri-müəyyənlik davam edir”, - deyə hesabatda qeyd olunur.
2024-cü ildə maye karbohidrogen tədarükündə artımın əsas drayverlərinin ABŞ, Kanada, Qayana, Braziliya, Norveç və Qazaxıstan olacağı gözlənilir. Proqnozlara görə, hasilatda ən çox azalma Meksika və Azərbaycanda olacaq.*