Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 11-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Avqustun 11-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8679 manat/1EUR səviyyəsində (avqustun 10-na 1.8666 manat/1EUR) müəyyən edilib.
AMB avqustun 11-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0174/1RUB səviyyəsində (avqustun 10-na 0.0176/1RUB) müəyyən edib.
AMB avqustun 11-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsini 0.0629 manat/1TRY səviyyəsində saxlayıb.*
B.Rüstəmbəyov