“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 2023-cü ilin birinci yarısında tankerlərlə 2,5 milyon ton yük daşıyıb ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 56,3% çoxdur.
Bu barədə ASCO-nun 2023-cü ilin yanvar-iyun ayları üçün yükdaşıma göstəriciləri ilə bağlı məlumatında deyilir.
Hesabat dövründə bərə və “Ro-Pax” tipli gəmilərlə daşınan vaqonların sayı 16,903 min ədəd (azalma 8,3% - İF), avtonəqliyyat vasitələrinin sayı isə 15,611 min ədəd (azalma 11,4% - İF) olub.
I yarımillikdə ASCO-nun universal quru yük gəmiləri 422 min ton yük (azalma 25,2%) nəql edib.*
N.Abbasova