İyulda Azərbaycanda gündəlik neft hasilatı iyun ayındakı səviyyədə qalaraq 0,5 milyon barel təşkil edib. Bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) aylıq hesabatında deyilir.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, BEA analitiklərinin hesablamalarına görə, iyulda Azərbaycanda gündəlik neft hasilatı OPEC+ razılaşması çərçivəsində plandan 0,19 milyon barel geri qalıb.
OPEC+ əməkdaşlığı çərçivəsində Azərbaycanın 2023-cü ilin sonunadək gündəlik xam neft hasilatı üzrə kvotası 684 min barel təşkil edir.*
N.Abbasova