Dövlət Sərhəd Xidməti (DSX) elektrik avadanlıqlarının satın alınmasına 1,9 milyon manata yaxın vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az portalına istinadən xəbər verir ki, “Aktif Elektrik” MMC ilə 1 milyon 893,915 min manat məbləğində müqavilə bağlanıb.
Müqavilə çərçivəsində DSX müxtəlif gücdə 32 ədəd generator, eləcə də günəş və külək enerjisi ilə elektrik istehsal edən 33 ədəd sistem alacaq.
Avadanlıqların tədarükü 2023-cü ilin sonuna qədər həyata keçirilməlidir.*
B.Rüstəmbəyov