Almaniya 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycandan qabığı təmizlənmiş meşə findığı idxalını ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə və ya 48,2% - 2,561 min tona qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Almaniya Federal Statistika İdarəsinin (Destatis) materiallarına istinadən xəbər verir.
İdxalın dəyəri 35,2% artaraq 13,405 milyon avro təşkil edib.
Bu ilin iyun ayında Almaniya Azərbaycandan 734 min avro dəyərində (azalma 2,5 dəfə) 133 ton meşə fındığı (azalma 2,3 dəfə) idxal edib.*
R.Kərimov