Türkiyə yerli istehsallı “KAAN” döyüş təyyarəsi ilə bağlı Azərbaycanla razılıq əldə edib. Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “A Haber”ə müsahibəsində deyib.
O bildirib ki, Türkiyə bu məsələ ilə bağlı digər ölkələr, o cümlədən Pakistanla da razılıq əldə edəcək.
“F-15-ləri bizə vermədilər. Beləliklə, bizi öz təyyarəmizi istehsal etməyə sövq etdilər. Belə demək mümkünsə, əslində bizə yaxşılıq etdilər”, - deyə Gülər qeyd edib.
Nazirin sözlərinə görə, dost və qardaş ölkələr “KAAN”la bağlı layihəyə ortaq olmaq üçün çalışır.*
V.Əliyev