Türkmənistan Transxəzər boru kəməri layihəsinin həyata keçirilməsində avropalı tərəfdaşlarla əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirir. Bunu Türkmənistanın xarici işlər naziri Rəşid Meredov deyib.
“Türkmənistan enerji axınlarının şaxələndirilməsi strategiyasına sadiq qalaraq, Transxəzər boru kəməri layihəsinin həyata keçirilməsində avropalı tərəfdaşlarla əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirir”, - deyə Meredov bildirib. Onun çıxışının mətni bu gün Türkmənistan XİN-in saytında dərc olunub.
O qeyd edib ki, Türkmənistanın təşəbbüsü ilə irəli sürülmüş Transxəzər qaz kəmərinin tikintisi ideyası Aşqabad tərəfindən ilkin olaraq təkcə iqtisadi və kommersiya baxımından əsaslandırılmış layihə kimi deyil, həm də istehsalçıların, istehlakçıların və tranzit ölkələrin maraqlarının və faydalarının bərabər nəzərə alınması əsasında qlobal enerji təhlükəsizliyinin və dayanıqlığının əsas şərti kimi qiymətləndirilib.*