“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-5001 Bakı-Dehli reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barədə AZAL-ın mətbuat xidmətindən bildirilib.
Təyyarə yerli vaxtla saat 02:50-də Bakı hava limanına uğurla eniş edib.
Reysin sərnişinləri Dehli şəhərinə digər təyyarə ilə saat 06:25-də yola düşüblər.*
V.Əliyev