Avqustun 13-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələri Dəməşq yaxınlığındakı hədəflərə raket zərbələri endirib. Bu barədə Suriya KİV-ləri məlumat yayıb.
Suriya ordusunun komandanlığı raketlərin bir hissəsinin ələ keçirildiyini təsdiq edib.
Londonda mənzillənmiş The Syrian Observatory for Human Rights (SOHR) monitorinq qrupu isə bildirib ki, İsrailin Dəməşqin qərbindəki hədəflərə aviazərbə endirməsi nəticəsində İranyönümlü qüvvələrə məxsus raket anbarları məhv edilib. Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.*
V.Əliyev