Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 14-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Avqustun 14-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8592 manat/1EUR səviyyəsində (avqustun 11-nə 1.8679 manat/1EUR) müəyyən edilib.
AMB avqustun 14-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0170 manat/1RUB səviyyəsində (avqustun 11-nə 0.0174 manat/1RUB) müəyyən edib.
Avqustun 14-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0625 manat/1TRY səviyyəsində (avqustun 11-nə 0.0629 manat/1TRY) müəyyən edilib.**
N.Abbasova