Ötən bazar günü Ukraynanın Ermənistandakı müvəqqəti işlər vəkili Aleksandr Sençenko Sevan gölündə boğulub.
“Bazar günü saat 20:17-də Sevan ictimai çimərliyində növbətçi olan su xilasediciləri göldə çimən bir nəfərin batdığını görüblər. Xilasedicilər onu sudan çıxarıblar və gələn təcili yardım briqadası onun öldüyünü müəyyən edib”, - Ermənistan Daxili İşlər Nazirliyi məlumat verir.
Ermənistan mətbuatı dəqiqləşdirib ki, həmin şəxs Ukraynanın Ermənistandakı müvəqqəti işlər vəkili Aleksandr Sençenko olub.
Ukrayna səfirliyi hələlik rəsmi məlumatla çıxış etməyib. **