Azərbaycan 2022-ci ilin yanvar-iyun aylarında 39 min 393,99 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 14,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
İdxal olunmuş “Premium Euro-95” markalı benzinin dəyəri $36 milyon 726,49 min (azalma 18,8%) təşkil edib.
İdxalın əsəs həcmi RF-nin payına düşüb. Bu ölkədən $22 milyon 680,91 min dəyərində (azalma 1,2%) 24 min 391,59 ton benzin (artım 2,9%) idxal edilib.
Həmçinin, hesabat dövründə Rumıniyadan $4 milyon 189,24 min dəyərində 4 min 79,9 ton, Belarusdan $9 milyon 856,34 min dəyərində 10 min 922,5 ton benzin idxal edilib.
Statistik məlumatlara əsasən, 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycana $1 milyon 92,29 min dəyərində (artım 33%) 892,53 ton “Super Euro-98” markalı avtomobil benzini (artım 19,1%) idxal edilib. Rusiyadan $287,85 min dəyərində 234,77 ton, Rumıniyadan $804,44 min dəyərində 657,76 ton benzin idxal edilib.
Azərbaycan 2022-ci ildə $102 milyon 540,18 min dəyərində (azalma 7,7%) 99 min 490,98 ton “Premium Euro-95” markalı avtomobil benzini (azalma 32,5%) idxal edib. Azərbaycana “Premium Euro-95” markalı avtomobil benzini idxalının 73,4%-i RF-nin payına düşüb.
Bu dövrdə Azərbaycana $2 milyon 52,49 min dəyərində (azalma 14,3%) 1 min 670,95 ton (azalma 37,8%) “Super Euro-98” avtomobil benzini idxal edilib.
“Premium Euro-95” və “Super Euro-98” markalı benzin növlərinin Azərbaycana idxalına 2014-cü il aprelin 1-dən başlanılıb.
Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin 1 litri 2 manat, “Super Euro-98” markalı benzinin 1 litri isə 2,3 manat təşkil edir.**
N.Abbasova