2023-cü ilin birinci yarısında Azərbaycan kartof ixracını 9,1%, idxalını isə 16,9% azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2023-cü ilin yanvar-iyun aylarında Azərbaycan $30 milyon 983,58 min dəyərində (azalma 11,6%) 71,028 min ton kartof (azalma 9,1%) ixrac edib.
İxracın əsas həcmi Rusiyanın payına düşüb. Yanvar-iyun aylarında bu ölkəyə $33 milyon 384,15 min dəyərində (azalma 15,7%) 64,479 min ton kartof (azalma 15%) ixrac edilib. Hesabat dövründə Azərbaycandan kartof ixracının 90,8%-i RF-nin payına düşüb.
Bu dövrdə Azərbaycana $23,061 milyon dəyərində (azalma 12,3%) 83,167 min ton kartof (azalma 16,9%) idxal edilib. Azərbaycana kartofun əsas tədarükçüləri Rusiya ($6 milyon 997 min dəyərində) 27,867 ton, Belarus ($7 milyon 12 min dəyərində) 22,476 ton, İran ($4 milyon 524 min dəyərində) 17,402 ton, Pakistan ($3 milyon dəyərində) 9,667 min ton, Türkiyə ($1 milyon 133 min dəyərində) 4,32 min ton olub.
2022-ci ildə Azərbaycan $35 milyon 121,66 min dəyərində 78,301 min ton kartof ixrac edib.**
B.Rüstəmbəyov