2023-cü ilin yanvar-iyul aylarında operativ məlumatlara əsasən, Azərbaycanın dövlət büdcəsinin profisiti 1 milyard 416,7 milyon manat və ya ÜDM-in 1,6%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Maliyyə Nazirliyinin operativ məlumatına görə, dövlət büdcəsinin gəlirləri 18 milyard 766,6 milyon manat (2022-ci ilin yanvar-iyul aylarının göstəricisi ilə müqayisədə artım 4,8%), xərcləri 17 milyard 610,5 milyon manat (artım 14,9%) təşkil edib.
7 ay ərzində Azərbaycanda ÜDM-in nominal həcmi 70 milyard 372,2 milyon manat təşkil edib.
2023-cü il dövlət büdcəsinin gəlirləri 33 milyard 779,5 milyon manat, xərcləri 36 milyard 568,8 milyon manat, kəsiri isə 2 milyard 789,3 milyon manat və ya ÜDM-in 2,5%-i səviyyəsində proqnozlaşdırılır. **
R.Əhmədov