2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda 17 milyon 723,2 min ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 7,7% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bundan əlavə, 17 milyon 673 min ton əmtəəlik neft (kondensatla birlikdə) hasil edilib, azalma 7,7% olub.
2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda 28 milyard 231,2 milyon kubmetr qaz (artım 3,5%), 21 milyard 149 milyon kubmetr əmtəəlik qaz (artım 3,3%) hasil edilib.
2022-ci ildə Azərbaycanda 32 milyon 667,7 min ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib ki, bu da 2021-ci ilin göstəricisindən 5,5% azdır. Qaz hasilatı 46 milyard 743,3 milyon kubmetr (artım 6,6%), əmtəəlik qaz hasilatı 34 milyard 958,3 milyon kubmetr həcmində (artım 7,3%) olub.
Azərbaycan hökuməti 2023-cü ildə ölkədə neft hasilatını 31 milyon 222,3 min ton, qaz hasilatını 46 milyard 761,6 milyon kubmetr, əmtəəlik qaz hasilatını 35 milyard 900,3 milyon kubmetr həcmində proqnozlaşdırır.**
N.Abbasova