“Bank Respublika” ASC 2023-cü ilin yanvar-iyul aylarında Sahibkarlığın İnkişafı Fondunun (SİF) xətti ilə ən çox güzəştli kredit verən müvəkkil bankların siyahısına başçılıq edib.
SİF-dən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, “Bank Respublika” 7 ay ərzində fondun vəsaitləri hesabına sahibkarlara 17,5 milyon manat məbləğində güzəştli kredit verib.
Sahibkarlara verilən güzəştli kreditlərin həcminə görə ikinci yerdə “PAŞA Bank” (13,9 milyon manat), üçüncü yerdə “Rabitəbank” (7,4 milyon manat) qərarlaşıb.
SİF-in xətti ilə sahibkarlara verilən güzəştli kreditlərin həcminə görə bankların ilk beşliyinə “AccessBank” (6,3 milyon manat) və “Expressbank” (5,3 milyon manat) da daxil olub.
Qeyd edək ki, “Bank Respublika” 2021-2022-ci illərin yekunları üzrə SİF-in xətti ilə ən çox güzəştli kredit verən müvəkkil bankların siyahısına başçılıq edib. 2021-ci ildə bank 20,3 milyon manat, 2022-ci ildə isə 28,3 milyon manat güzəştli kredit verib.*
R.Əhmədov