Azərbaycan Müdafiə Nazirliyi məlumat verir ki, Ermənistan silahlı qüvvələri tərəfindən sərhəddə Azərbaycan Ordusuna qarşı təxribat məqsədilə mühəndis işləri görmək cəhdinin qarşısı alınıb.
“Avqustun 14-də saat 19:25 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən atəş mövqelərinin dəstəyi ilə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin qarşısında göstəriblər. Aparılan işlərin dərhal dayandırılması və atəş nöqtələrinin susdurulması məqsədilə Ordumuzun bölmələri tərəfindən təxirəsalınmaz tədbirlər görülüb”, - Müdafiə Nazirliyinin məlumatında deyilir. **
R.Əhmədov