Bazar ertəsi axşam saatlarında Mahaçqala şəhərinin çıxışında yanacaqdoldurmaməntəqəsində partlayış nəticəsində ilkin məlumata görə, 3 nəfər həlak olub, 7 nəfər yaralanıb. Bu barədə Rusiya FHN-inDağıstan Respublikası üzrə Başİdarəsinin mətbuat xidməti məlumat verir.
“İlkin məlumata əsasən, 10 nəfər xəsarət alıb, onlardan 3 nəfəri həlak olub”, - İdarənin məlumatında deyilir. **