2023-cü ilin yanvar-iyul aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən (nomenklatura kodu 2709) 15 milyon 540 min 323,64 ton neft ixrac edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 5,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycandan $9 milyard 444 milyon 800,48 min dəyərində (azalma 23,8%) neft ixrac edilib.
2023-cü ilin yanvar-iyul aylarında ixracın ümumi strukturunda neftin payı 45,46% (2022-ci ilin müvafiq dövründə 54,94%) təşkil edib.
Hesabat dövründə 19 ölkə Azərbaycan neftinin alıcısı olub. İyulda Böyük Britaniya da alıcılar sırasında yer alıb.
DGK-nın məlumatına görə, İtaliya ənənəvi olaraq Azərbaycan neftinin əsas alıcısı olaraq qalır, neft ixracının 38,9%-i bu ölkənin payına düşüb.
2023-cü ilin əvvəlindən Azərbaycandan İsrail, Hindistan, İspaniya və Türkiyəyə neft ixracının həcmi 1 milyon tonu ötüb.
2023-cü ilin yanvar-iyul aylarında əsas alıcı ölkələr üzrə neft ixracının strukturu:
Ölkələr |
Həcm (ton): |
Gəlir, min ABŞ dolları |
İtaliya |
6 045069,15 |
3 774 540 |
İsrail |
1 354226,01 |
822483,44 |
Hindistan |
1 122457,35 |
666499,46 |
İspaniya |
1 024351,02 |
644 665.26 |
Türkiyə |
1 044386,97 |
592582,64 |
Çexiya |
906430,23 |
524628,61 |
Almaniya |
662321,55 |
406757,88 |
İrlandiya |
630056,20 |
366641,18 |
Xorvatiya |
538321,21 |
306509,08 |
Yunanıstan |
474980,08 |
292693,52 |
Rumıniya |
385951,65 |
233767,72 |
Vyetnam |
276935,99 |
165107,75 |
Avstriya |
266568,71 |
152155,74 |
Fransa |
199006,72 |
118639,77 |
Böyük Britaniya |
195128,34 |
111679,38 |
İndoneziya |
134153,29 |
88665,69 |
Sinqapur |
138338,45 |
87786,40 |
Portuqaliya |
92952,72 |
62898,43 |
Tailand |
48688,02 |
26098,53 |
Cəmi |
15 540323,64 |
9 444800,48 |
N.Abbasova*