Azərbaycan 7-11 oktyabr 2023-cü il tarixlərində Almaniya Federativ Respublikasının Köln şəhərində keçiriləcək “Anuga 2023” beynəlxalq qida sərgisində təmsil olunacaq.
Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-dan “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, 14 şirkət (qida və içki sənayesi) vahid ölkə stendində iştirak edəcək.
“Sərgidə iştirak etmək istəyən ixracatçı şirkətlər təkliflərini 8 sentyabr tarixinədək təqdim etməlidir”, - deyə AZPROMO-dan bildirilib.*
R.Əhmədov