Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların növbəti raundunun sentyabrda keçirilməsi planlaşdırılır. Bunu Ermənistanın İctimai Televiziyasının efirində xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyan deyib.
“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə növbəti görüş sentyabrda baş tutacaq”, – deyə o bildirib.
Səfir görüşün yerini açıqlamayıb.
Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində sülh müqaviləsi üzrə sonuncu görüş iyulun 25-də Moskvada baş tutub. Bundan əvvəl XİN rəhbərləri iyunun sonunda ABŞ-da görüşüblər.
Azərbaycan və Ermənistan liderləri səviyyəsində sonuncu görüş iyulun 15-də Brüsseldə keçirilib.*
R.Əhmədov