2023-cü ilin yanvar-iyul aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $2 milyard 445 milyon 329,06 min təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 30,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bu dövrdə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 8,06%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb və RF Azərbaycanın üçüncü xarici ticarət tərəfdaşı olub.
Azərbaycandan Rusiyaya $711 milyon 534,24 min dəyərində (artım 50,6%) məhsul ixrac edilib. Bütövlükdə Azərbaycandan ixracın 3,42%-i Rusiyanın payına düşüb (RF Azərbaycanın əsas ixrac istiqamətləri üzrə 5-ci yerdədir).
Hesabat aylarında Rusiyadan Azərbaycana $1 milyard 733 milyon 794,82 min dəyərində (artım 23,8%) məhsul idxal edilib. Azərbaycana idxalın ümumi həcmində 18,14% Rusiyadan idxalın payına düşüb.
Beləliklə, bu dövrdə RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu $1 milyard 22 milyon 260,58 min təşkil edib.
2022-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $3 milyard 710 milyon 239,41 min təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 23,9% çoxdur.*
B.Rüstəmbəyov