Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı beynəlxalq və regional gündəliyin ən aktual məsələlərinə dair fikir mübadiləsi aparılıb.
“Bakı-İrəvan münasibətlərinin davamlı normallaşmasına nail olmaq üçün Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş üçtərəfli razılaşmaların bütün kompleksinin icrasının alternativinin olmadığı vurğulanıb. Nazirlər bu istiqamətdə konkret işin siyasi təbliğatla əvəzlənməsi cəhdlərinin əks-məhsuldarlığı barədə ümumi rəy bildiriblər”, - deyə məlumatda qeyd edilib.*