Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 16-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Avqustun 16-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8561 manat/1EUR səviyyəsində (avqustun 15-nə 1.8544 manat/1EUR) müəyyən edilib.
AMB avqustun 16-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0175 manat/1RUB səviyyəsində (avqustun 15-nə 0.0176 manat/1RUB) müəyyən edib.
Avqustun 16-na manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0628 manat/1TRY səviyyəsində qalıb.**
R.Kərimov