Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Ağdam-Xankəndi magistralının və dəmir yolunun girişindədirlər. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məlumat verib.
“Diplomatik korpusun nümayəndələri ilə birlikdə Ağdam-Xankəndi magistralının və dəmir yolunun girişindəyik”, - Hacıyev çərşənbə günü “X” (öncə Twitter) hesabında yazıb.
O qeyd edib ki, Ağdam-Xankəndi magistralının gündəlik tutumu 17 min avtomobil təşkil edir.
"Azərbaycan Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası üçün yol blokları, maneə divarları qurmur, yol inşa edir", - Hacıyev yazıb. **
R.Kərimov