Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Qax rayonunun Qax–Qaşqaçay–Armudlu (11 km)–Aşağı Malax–Qaşqaçay–Armudlu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Dövlət başçısının saytında dərc olunmuş sənədə əsasən, bu məqsədlər üçün Avtomobil Yolları Dövlət Agentliyinə 4,9 milyon manat ayrılır.
Avtomobil yolu iki min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirir.
Vəsait “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılacaq. **
R.Kərimov