Çərşənbə günü Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun Azərbaycan ərazisinə sızmaq cəhdi zamanı qrupun bir üzvü saxlanılıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verir.
“Avqustun 16-da saat 11:15 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı boşluqlardan istifadə edərək Azərbaycan ərazisinə sızmağa cəhd edib”, - nazirliyin məlumatında deyilir.
Bölmələrimizin sayıqlığı nəticəsində atəş vasitələrimizin dəstəyi ilə erməni hərbçilərin təxribatının qarşısı alınıb.
“Nəticədə, diversiya qrupunun bir üzvü yaralanmış vəziyyətdə hərbi qulluqçularımız tərəfindən saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun digər üzvləri geri çəkilməyə məcbur edilib”, - MN-dən məlumat verilir. **
B.Rüstəmbəyov