Çərşənbə günü Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması barədə məlumat verib.
“Avqustun 16-sı saat 17:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Birəli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub”, - məlumatda deyilir.
Qeyd edilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb. **
İnformasiya şöbəsi