Çərşənbə günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
XİN-in məlumatına görə, görüş zamanı tərəflər Bakı-İrəvan münasibətlərinin normallaşma prosesi, beynəlxalq tərəfdaşların vasitəçiliyi ilə həyata keçirilən danışıqlar, habelə cari regional vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Bayramov vurğulayıb ki, son zamanlar Ermənistan bölgədə hərbi-siyasi təxribatlar törədir, regionda “blokada” və “gərgin humanitar vəziyyət” barədə saxta və əsassız iddialar səsləındirir. Nazirin fikrincə, İrəvanın bu hərəkətləri regionda sülh və sabitliyə xidmət etmir.
Bundan başqa, onun sözlərinə görə, Ağdam-Xankəndi yolundan istifadə və buna paralel olaraq Laçın yolunda gediş-gəlişin intensivləşməsi barədə, eləcə də erməni sakinlərin (Azərbaycanın Qarabağ bölgəsinin - İF) nümayəndələri ilə reinteqrasiya istiqamətində görüşə dair razılıqların İrəvan tərəfindən pozulması Ermənistanın Azərbaycanla münasibətlərin normallaşmasında maraqlı olmadığını göstərir.
“O cümlədən, tərəflər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlərə dair fikir mübadiləsi aparıblar”, - XİN-dən vurğulanır. **
R.Əhmədov