“Azərişıq” ASC “Ağdam rayonunun Xıdırlı, Sarıcalı və Kəngərli kəndlərinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik verilişi xəttinin çəkilməsi işlərinin satın alınması məqsədilə açıq tender elan edib.
Tenderə iştirak haqqı 1,5 min manatdır.
Tender təklifləri 28 sentyabr saat 15:00-dək qəbul olunur.
Tender proseduru 29 sentyabr saat 15:00-da baş tutacaq.
Telefon: (012) 440-39-93 (daxili 92-19). Əlaqələndirici şəxs – Namiq Heybətov.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.*
B.Rüstəmbəyov