İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Yeni Klinika” tibb müəssisəsinin istifadəsi üçün nəzərdə tutulan müxtəlif tibbi inventarların satın alınmasına 4 milyon manat yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az portalına istinadən xəbər verir ki, “Zeytun Pharmaceuticals” MMC ilə 4 milyon 90 min manat məbləğində müqavilə bağlanıb.
Müqavilə çərçivəsində işlər 12 iyul tarixindən 30 dekabr 2023-cü il tarixinə qədər yerinə yetirilməlidir.*
R.Kərimov