Prezident İlham Əliyev avqustun 17-də Dövlət Sərhəd Xidmətinin (DSX) iki hərbi qulluqçusuna “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncamlar imzalayıb.
Sənədlər dövlət başçısının saytında dərc olunub.
Sərəncamlara əsasən, polkovnik Babək Ələkbərova və polkovnik Zaur Zeynalova “general-mayor” ali hərbi rütbəsi verilib.*
B.Rüstəmbəyov