İtaliya 2023-cü ilin birinci yarısında Azərbaycandan qaz idxalını ötən ilin müvafiq dövrü ilə müqayisədə 4% - 180,805 min teracoula qədər azaldıb.
Avropa İttifaqının Statistika İdarəsindən (Avrostat) “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, iyun ayında Azərbaycandan İtaliyaya qaz idxalı 13,9% - 29,806 min teracoula qədər azalıb.
2023-cü ilin yanvar-iyun aylarında İtaliya Azərbaycandan 2,816 milyard avro (azalma 43,7%), iyunda 263,515 milyon avro dəyərində qaz (azalma 69,7%) idxal edib.
Avrostatın məlumatına görə, 2021-ci illə müqayisədə 2022-ci ildə İtaliya Azərbaycandan qaz idxalını 41,2% - 385,883 min teracoula qədər (7,332 milyon ton) artırıb. Hesabat dövründə Roma bu məqsədlər üçün 13,253 milyard avro (artım 3,9 dəfə) yönəldib.
2022-ci ildə Azərbaycan qaz ixracını 18% - 22,3 milyard kubmetrə qədər artırıb, Avropaya 11,4 milyard kubmetr qaz (+39%) ixrac olunub.
2023-cü ildə Azərbaycandan təbii qazın ixracı 24,5 milyard kubmetr həcmində planlaşdırılır, bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq.*
R.Kərimov