“Azərbaycan Hava Yolları” QSC (AZAL) sentyabrın 15-dən Bakı-Kişineu istiqamətində uçuşlara başlayacaq.
“Uçuşlar sentyabrın 15-dən başlayaraq həftədə iki dəfə - bazar ertəsi və cümə günləri yerinə yetiriləcək”, - deyə aviadaşıyıcının məlumatında bildirilir.
AZAL artıq qeyd olunan istiqamətdə reyslərə bilet satışına başlayıb. Biletləri www.azal.az sayı, aviaşirkətin mobil əlavəsi və akkreditə olunmuş agentliklərindən əldə etmək olar.*
N.Abbasova