Avqustun 22-də Şəhər Turizm-İnformasiya Bürosu Bakıda Sankt-Peterburqun turizm imkanlarının təqdimatını keçirəcək.
“Avqustun 22-də Bakıda Şəhər Turizm-İnformasiya Bürosu “Sankt-Peterburqa xoş gəlmisiniz!” roud-şou çərçivəsində Sankt-Peterburqun turizm imkanlarının və Sankt-Peterburq turizm industriyasının nümayəndələrinin təqdimatını keçirəcək”, - təşkilatçılar məlumat verir.
Tədbir təqdimatlar və vorkşoplar (B2B formatında fərdi görüşlər) formatında keçirəcək və qeyri-formal ünsiyyət məqsədilə mədəni proqram ilə işgüzar nahar ilə başa çatacaq.
Təqdimatlar zamanı turlar, mehmanxanalarda yerləşdirilmə, nəqliyyat və ekskursiya xidməti və Sankt-Peterburqun turizm məhsulunun formallaşması və reallaşdırılmasına aid olan digər xidmətlər təqdim edən Sankt-Peterburqun turizm müəssisələri öz məhsullarını təqdim edəcəklər. **
R.Kərimov