Cümə günü Azərbaycan prezidenti İlham Əliyev Kolumbiya Respublikasının Bakıda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Fernando Kuartas Ayalanın etimadnaməsini qəbul edib.
“İnterfaks-Azərbaycan” agentliyi dövlət başçısının saytına istinadən məılumat verir ki, Əliyev həmçinin Tacikistan Respublikasının yeni təyin olunmuş səfiri İlxom Abduraxmonun və Koreya Xalq Demokratik Respublikasının yeni səfiri Sin Xon Çxolun etimadnaməsini qəbul edib. **
N.Abbasova