Azərbaycan 2023-cü ilin yanvar-iyul aylarında ərzaq məhsullarının idxalını ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4% - $1 milyard 231 milyon 182,249 minədək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Ərzaq məhsullarının idxalının strukturunda əsas həcm – 578 min 3,7 ton (artım 34,5%) buğdanın ($164 milyon 684,85 min), 63 min 15,58 ton (artım 48,1%) qarğıdalının ($18 milyon 743 min), 38 min 927,77 ton (artım 5,7%) düyünün ($34 milyon 920,52 min), 7 min 221,38 ton (azalma 14,3%) çayın ($38 milyon 283,35 min), 198 min 191,25 ton (artım 14,5%) meyvə-tərəvəz məhsullarının ($132 milyon 728,4 min), 24 min 282,89 ton (artım 3,1%) ətin ($46 milyon 941,25 min), 77 min 318,64 ton (azalma 8,4%) bitki və heyvan mənşəli yağların ($103 milyon 500,02 min) payına düşüb.
Azərbaycana $54 milyon 93,29 min dəyərində 9 min 748,66 ton kərə yağı (azalma 19%) idxal edilib.
Hesabat dövründə Azərbaycana bütün idxalın 12,88%-i ərzaq məhsullarının payına düşüb.**
N.Abbasova