Azərbaycan prezidenti İlham Əliyev cümə günü Masallı rayonunun Ləngan–Əhmədli–Təklə–Köcəkli, Bala Təklə–Şərəfə və Öncəqala–Hüseynhacılı–Viləş–Xallıcalı–Dəlləkli–Qədirli avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Dövlət başçısının saytında dərc olunmuş sənədə əsasən, bu məqsədlər üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 14,6 milyon manat ayrılır.
Yollar əlli bir min nəfər əhalinin yaşadığı 27 yaşayış məntəqəsini birləşdirir.
Vəsait “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılacaq. **
B.Rüstəmbəyov